FotoqrafiyaMüsahibə

Bakı sakinləri və küçələrinə fərqli baxış – gənc fotoqraf İqlimə Məmmədli

1.3Kviews

Vizual informasiyanın insan üçün ən vacib və ən tez qavranılan informasiya olduğunu nəzərə alsaq, internet istifadəçilərinin foto-şəkillərə olan marağını daha yaxşı anlayarıq. İnterneti milyardlarla fərqli teqlərlə paylaşılan milyonlarla foto və şəkillər əhatə edir.

Bəzi fotolar isə bizi elə valeh edir ki, müəllifini sosial şəbəkələrdə izləməyə başlayırıq. Azərbaycanda da bu cür müəlliflər – gənc fotoqraflar az deyil. Dəfələrlə keçdiyimiz küçəni cəlb edici fotoda görüb, tanımayıb, “görəsən, bura şəhərin harasıdır?” deyə soruşduğumuz vaxtlar da oub.  Həmin yeri cəlb edici edən isə təbii ki, foto deyil, fotonu çəkən – bizim görə bilmədiyimizi görən insandır.

Sizə həmin insanlardan birini, şəhərimizə və adət etdiyimiz sadə üzlərə və əşyalara fərqli bucaqdan baxan, gənc fotoqraf – İqlimə Məmmədlini və onun işlərini təqdim edirik:

Fotoqrafiya sahəsi heç vaxt arzum olmayıb və ya bu sahə haqqında düşünməmişəm belə. 2013-cü ildə, həyatımın ən ağır günlərində hardan ağlıma düşdü, heç bilmirəm. Elə o vaxtlar “digital camera” ilə sadə foto-şəkillər çəkirdim. 2014-cü ildə isə həvəs edib anama mənə kamera almasını istədim və bir aydan sonra kamera aldım, heç inanmadan. Həvəs etdim, eləcə maraq yarandı. Artıq, məncə bir maraq deyil, bunu həyat tərzim adlandırardım. Həyatda var olduğum müddətdə fotoqrafiyaya olan həvəsim heç bitməyəcək.

Bundan əlavə şe’rlər yazıram. Hətta, kitab çıxartmağı da düşünürəm. Əsas təhsilim isə musiqi üzrədir, lakin müsiqini yalnız dinləməyi sevirəm. Musiqi ilə professional şəkildə məşğul olmaq isə planlarıma daxil deyil.

Çəkdiyim fotoların əsas hissəsini “Portraiture & Street photography” tərzinə aid edirəm. İşlərimi Instagram hesabımdan paylaşmağa üstünlük verirəm.